Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Səyyar-qəbulların keçirilməsi Xocalı rayon İH-nın başçısı Şahmar Usubov tərəfindən uğurla davam etdirilir

0

  •        Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.         Vətəndaşlarla görüşün ən səmərəli forması olan səyyar-qəbulların keçirilməsi Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən uğurla davam etdirilir. Rayonumuzun icra başçısının növbəti belə görüşü oktyabrın 27-də cari ayda vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən Goranboy rayonunun Meşəli qəsəbəsində müvəqqəti məskunlaşmış əsasən Xocalı rayonunun Meşəli kəndindən olan sakinlərlə baş tutdu. Görüşdə Şahmar Usubovla birgə, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştrak etdilər.           Görüş zamanı səsləndirlən ümumi problemlərdə qəsəbəyə gələn içməli su xəttinin çürümüş borularının dəyişdirilməsi üçün göstəriş verilməsi və Meşəli kənd tam orta məktəbində şagird sayının az olması ilə əlaqədar müəyyən ştatların ixtisar edildiyi diqqətə çatdırılaraq həmin ştatların yenidən bərpa edilməsinə köməklik xahiş edildi.        Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminolunma, müharibə veteranı vəsiqəsinin alınnmasına köməklik və digər məsələlər barədə oldu.       İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapdı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    Səyyar qəbulların keçirilməsi Xocalı rayon İH nın başçısı Şahmar Usubov tərəfindən uğurla davam etdirilir

    Maraqlı gələ bilər
    71